BAKI, 20 aprel. TELEQRAF
İsrail polisi Şərqi Qüdsdəki Müqəddəs Qəbir kilsəsinin yaxınlığında Pasxa bayramını qeyd etməyə çalışan xristianlara hücum edərək onları hədələyib.
Teleqraf "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Qətər televiziyasının yaydığı kadrlarda İsrail polisi ilə xristianlar arasında toqquşma anları əks olunub.
Bəzi dindarların kilsəyə girişi qadağan edilir. Görüntülərə görə, İsrail polisi tərəfindən saxlanılan xristianlar arasında bir din xadimi də var.
Münaqişənin səbəbləri barədə məlumat verilmir.