BAKI, 23 iyun. TELEQRAF
Bu gün Şirvan və Sabirabadın bir hissəsinin qaz təchizatı dayandırılacaq.
Bu barədə Teleqraf-a Salyan Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma və payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar bu gün saat 10:00-dan işlər yekunlaşanadək Şirvan şəhərinin bir sıra küçələrinin, Sabirabad şəhərinin bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.