BAKI, 23 iyun. TELEQRAF

“ABŞ Prezidenti Donald Tramp heç vaxt Amerikanın milli təhlükəsizliyinə fayda verməyəcək müqavilə imzalamayacaq”.

Teleqraf xəbər verir ki, bunu Ağ Evin sözçüsü Kerolayn Levitt “Fox News”a vdeyib.

Ağ Ev nümayəndəsi Trampın həmişə Amerikanı birinci yerə qoyduğunu bildirib.

“Prezident Tramp heç vaxt bu ölkəyə və milli təhlükəsizlik maraqlarımıza xidmət etməyən razılaşma imzalamayacaq. O, həmişə Amerikanı öndə tutur”, - Levitt vurğulayıb.