BAKI, 23 iyun. TELEQRAF
İran ABŞ-nin 60 günlük sanksiya güzəşti qüvvəyə mindikcə, Asiyanın ən böyük neft alıcıları ilə danışıqları sürətləndirir.
Teleqraf xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Agentlik bildirib ki, bu müvəqqəti imkan sülh danışıqları davam edərkən belə, Tehrana ixracı bərpa etməyə və dənizdə yığılmış yükləri təmizləməyə şərait yaradacaq.
Danışıqlarda iştirak edən treyderlərin sözlərinə görə, vasitəçilər və İran Milli Neft Şirkətinin nümayəndələri rəsmi icazə verilməmişdən əvvəl də Hindistan, Yaponiya, Cənubi Koreya və digər ölkələrdəki emalı zavodları ilə təmasda olublar.
Mənbə qeyd edib ki, indi iş daha da sürətlənib, İran Asiya bazarında tələsik özünə yer eləməyə çalışır.