BAKI, 23 iyun. TELEQRAF

“ABŞ-nin NATO-ya həddindən artıq pul ayırır”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Avropa ölkələrinin İranla müharibədə yardımdan imtina etmək qərarına münasibət bildirərkən deyib.

“Deməli, biz bütün bu pulları - ildə 600 milyard dollar xərcləmişik, elə deyilmi? Düşünün: NATO-ya xərclədiyimiz pulun həcmi sadəcə dəlilikdir, çünki bu, bizə kömək etməyib”, - o qeyd edib.

Tramp vurğulayıb ki, ABŞ kiçik məsələlərdə yardım ala bilmədiyi üçün onun da yardım göstərməkdən imtina etmək hüququ var.