BAKI, 23 iyun. TELEQRAF

Gürcüstanda 4,3 bal gücündə zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Milli Mərkəzi məlumat yayıb.

Bildirilib ki, yeraltı təkanlar bu gün səhər saat 08:07-də baş verib.

Zəlzələnin episentri Tkibuli şəhərindən 7 km şimalda, Xonçiori kəndindən isə 3 km aralıda yerləşib.