BAKI, 20 aprel. TELEQRAF

İsrail qırıcıları Livanın cənubundakı Nəbatiyə şəhərinin Arnun, Kafr Tebnin və Yahmur əş-Şikayf yaxınlığındakı əraziləri ardıcıl hücumlarla hədəfə alıb.

Teleqraf xəbər verir ki, bu barədə Livanın rəsmi xəbər agentliyi "NNA" məlumat yayıb.

Hücumlar nəticəsində nəticəsində azı 7 nəfər həlak olub.

Qeyd olunub ki, zərbələrin çoxu Nəbatiyyə şəhərinin kənarında və “Hizbullah” bazalarının yerləşdiyi İqlim əl-Tuffah dağlıq bölgəsinə endirilib. Bir Livan əsgəri daxil olmaqla bir neçə nəfər yaralanıb.