BAKI, 11 aprel. TELEQRAF

İranın Ali Rəhbəri Seyid Əli Xamenei ABŞ ilə birbaşa dialoq qurmaq üçün razılıq verib, amma yalnız qeyri-birbaşa danışıqların müvəffəqiyyətlə nəticələnməsindən sonra.

Teleqraf xəbər verir ki, bu barədə Nyu York Tayms (New York Times) məlumat yayıb.

Nəşr qeyd edir ki, İran heç vaxt öz nüvə proqramından tamamilə imtina etməyəcək.

Xatırladaq ki, İran və ABŞ nümayəndə heyətləri arasında ilk məsləhətləşmə raundu aprelin 12-də Omanda keçiriləcək.