BAKI, 11 aprel. TELEQRAF

Fələstinliləri Qəzza zolağını tərk etməyə məcbur edən hər cür planı rədd edirik.

Teleqraf xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Fələstinliləri öz vətənlərini tərk etməyə məcbur edən hər cür planı rədd edirik. Ərəb Liqası tərəfindən qəbul olunan Qəzzanın yenidən inşasına dair planı dəstəkləyirik. 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin qurulmasını dəstəkləyirik. Beynəlxalq ictimaiyyəti sülhün bərqərar olması üçün hər cür dəstəyi verməyə çağırırıq”, - nazir bildirib.

Hakan Fidan qeyd edib ki, müstəqil Fələstin dövlətinin tanınması İsrailin də təhlükəsizliyinin qaranatı olacaq.

Xatırladaq ki, fələstinlilərin Qəzza zolağından köçürülməsi planı ABŞ Prezidenti Donald Tramp tərəfindən irəli sürülüb.