
BAKI, 23 mart. TELEQRAF
İsrail Misirin vasitəçiliyi ilə Fələstinin HƏMAS hərəkatına Qəzza zolağından girovların azad edilməsi üçün iki mərhələli plan təqdim edib.
Teleqraf xəbər verir ki, bunu "Sinxua" agentliyi adı açıqlanmayan Misir mənbələrinə istinadən məlumat yayıb .
Razılaşmanın birinci mərhələsində HƏMAS 11 girovu və 16 cəsədi azad qarşı tərəfə verməlidir. Bundan sonra 40 günlük atəşkəs elan olunur. İkinci mərhələdə, İsrailin planına görə, HƏMAS bütün qalan girovları eyni vaxtda azad etməlidir.
Nəşr bildirir ki, ABŞ İsrailin təklifini dəstəkləyir.