BAKI, 23 mart. TELEQRAF

Fələstinin HƏMAS hərəkatının Siyasi Şurasının üzvü Salah əl-Bərdəvil Qəzza zolağının cənubundakı Xan Yunis şəhərinin kənarında İsrail Müdafiə Qüvvələrinin (IDF) həyata keçirdiyi hücumda həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə “Al Hadath” telekanalı məlumat yayıb .

Telekanalın məlumatına görə, S.Bərdəvil şəhərin qərbində məcburi köçkünlər üçün salınmış çadır şəhərciyində olub. Məlumata görə, hücum onun həyat yoldaşının da həyatına son qoyub.

Bərdavil Fələstin Qanunvericilik Şurasının (birpalatalı parlament) üzvü və həmçinin Xan Yunisdə HƏMAS-ın rəsmi nümayəndəsi idi.