MİNGƏÇEVİR, 9 oktraybr. TELEQRAF

Mingəçevirdə 44 yaşlı kişi bıçaqlanıb

Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, 44 yaşlı Elşad Məmmədov mübahisə zəmnində kəsilmiş-deşilmiş bıçaq xəsarətləri alıb.

Yaralı xəstəxanaya çatdırılıb. Polis əməkdaşları tərəfindən əməli törədən şəxsin saxlanılması istiqamətində tədbirlər görülür.