AĞSTAFA, 28 sentyabr. TELEQRAF

Ağstafada parkda qətl hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosunun məlumatına görə, hadisə rayon ərazisindəki parklardan birində qeydə alınıb.

Belə ki, 1992-ci il təvəllüdlü Rəşad İsmayılov kəsici alətlə qətlə yetirilib.

İlkin məlumata görə, cinayəti törətməkdə 1993-cü il təvəllüdlü Sabir Şükürov şübhəli bilinir.

Keçirilən əməliyyat tədbirləri nəticəsində S.Şükürov saxlanılaraq şübhəli şəxs qismində istintaqa təhvil verilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Rəşad İsmayılov