TOVUZ, 26 sentyabr. TELEQRAF

Tovuzda iki məktəblini maşın vurub.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə Qovlar qəsəbəsində qeydə alınıb.

İlkin məlumata əsasən, hadisə nəticəsində 2010-cu il təvəllüdlü X.Ələkbərova və F. Nəsibova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Məktəblilərdən biri Tovuz rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə, digəri isə Bakı şəhərində yerləşən xəstənalardan birinə yerləşdirilib.

Faktla bağlı araşdırma başlanılıb.