AĞCABƏDİ, 26 sentyabr. TELEQRAF
Ağcabədidə baş verən qəza zamanı ölən qardaşların kimliyi məlum olub.
Teleqraf-ın Qarabağ bürosunun əldə etdiyi məlumata görə, qəza zamanı həyatlarını itirən Ağcabədi rayon Poladlı kəndindən olan qardaşlar 1970-ci il təvəllüdlü Cəfərov Tələt İsfəndiyar oğlu və 1966-cı il təvəllüdlü Cəfərov Novruz İsfəndiyar oğludur.
Qəza zamanı digər "Hyundai" markalı avtomobildə olan Ağcabədi rayon Aşağı Avşar kənd sakini 2004-cü il təvəllüdlü Rüstəmov Həsən Füzuli oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma davam etdirilir
***
18:20
Ağcabədidə iki qardaşın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza rayonun Hindarx qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan "VAZ-2107" markalı avtomobil qarşıdan gələn “Hyundai” markalı avtomobillə toqquşub.
Qəza nəticəsində "VAZ-2107"-də olan iki qardaş həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.