TƏRTƏR, 1 oktyabr. TELEQRAF

Tərtərdə baş verən avtomobil qəzasında 5 nəfər xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi Bərdə- Ağdam yolunun Tərtər rayonunun ərazisindən keçən hissəsində baş verib.

Belə ki, hərəkətdə olan "Mercedes" markalı minik maşını Ağdam -Mingəçevir xətti üzrə hərəkət edən "Ford" markalı mikroavtobusla toqquşub.

Nəticədə "Ford " markalı mikroavtobusda olan sərnişinlər 1988-ci il təvəllüdlü Abbasov Zeynalabdin Zəfər oğlu, 1982-ci il təvəllüdlü İlahə Nəbiyeva, 1980-ci il təvəllüdlü Qasımova Aygün Elxan qızı və 1981-ci il təvəllüdlü Hüseynov İsa Rafiq oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar.

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma başlanıb