NAXÇIVAN, 26 sentyabr. TELEQRAF

Naxçıvanda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf-ın Naxçıvan bürosu xəbər verir ki, hadisə Kəngərli rayonunun Qarabağlar kəndində baş verib.

1971-ci il təvəllüdlü Əliyev İbrahim Əli oğlu həyat yoldaşı 1973-cü il təvəllüdlü Ağayeva Adilə Sabir qızını və baldızı 1977-ci il təvəllüdlü Quliyeva Ruhiyə Sabir qızını bıçaqlayıb.

Yaralanan şəxslər xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparır.