BAKI, 7 oktyabr. TELEQRAF
Oktyabrın 7-də gecə saatlarında 32 yaşlı Emin Maarifli İsmayıllı şəhəri ərazisində tanışı, 29 yaşlı İmam Bağırova xəsarət yetirib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin regeonal qrupundan bildirilib.
Məlumata görə, əməli törətməkdə şübhəli bilinən E.Maarifli polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
***
09:17
İsmayıllı rayonunda 29 yaşlı şəxs bıçaqlanıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə gecə saatlarında restoranlardan birinin qarşısında baş verib.
Bakı şəhər sakini 1997-ci il təvəllüdlü İmam Bağırov bıçaq xəsarəti ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
29 yaşlı şəxs əməliyyat olunub.
Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsində araşdırma başlanılıb.