MASALLI, 1 oktyabr. TELEQRAF

Masallıda baş vermiş avtoqəzada dünyasını dəyişən şəxslərin kimliyi məlum olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Mollaoba kəndi ərazisində qeydə alınıb.

Masallı sakini Eminağa Həşimov idarə etdiyi VAZ-2101 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

Nəticədə avtomobil yolun kənarındakı həyətin darvazasına çırpılıb.

Qəza nəticəsində sürücü Eminağa Həşimov və avtomobildə olan sərnişin Elvin İbrahimov dünyasını dəyişib.

***

08:52

Masallıda ölümlə nəticələnən yol qəzası baş verib.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə rayonun Mollaoba kəndində qeydə alınıb.

Belə ki, baş verən avtomobil qəzası nəticəsində dünyasını dəyişənlər var.

Faktla bağlı araşdırma aparılır.