NAXÇIVAN, 26sentyabr. TELEQRAF
Kəngərlidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Naxçıvan bürosu xəbər verir ki, qəza Naxçıvan-Sədərək magistralının Kəngərli rayonu Xok kəndi ərazisindən keçən hissəsində qeydı alınıb.
"Logan" markalı avtomobilin yoldan çıxaraq aşması nəticəsində 1977-ci il təvəllüdlü Əsgərov Sadiq Fərrux oğlu həyatını itirib.
Hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.