Bakının Nəsimi rayonu ərazisində faciəli hadisə baş verib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Nəsimi rayonu ərazisində yaşayan Nuranə İbadova dəm qazından boğulub. Daha bir hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb. Binəqədi sakini n Orxan Cabbarov yaşadığı mənzildə dəm qazından zəhərlənərək ölüb.

Bundan başqa, fevralın 23-də Pirallahı qəsəbəsində yaşayan Eminə Əliyeva evində dəm qazından zəhərlənib. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib.

Hacı Zeynalov