BAKI, 20 dekabr. TELEQRAF

Birləşmiş Ərəb Əmirliyində stüardessanın qətlində şübhəli bilinən şəxs Sankt-Peterburqda həbs edilib.

Teleqraf "Kommersant"a istinadən xəbər verir ki, 41 yaşlı Rusiya vətəndaşı cinayəti 17-18 dekabr tarixlərində Dubayda otellərin birində törədib. Qatil münasibətdə olduğu qadına azı 15 bıçaq zərbəsi vurub.

İstintaqın məlumatına görə, şübhəli 25 yaşlı sevgilisinin qətlindən dərhal sonra Rusiyaya qayıdıb və Sankt-Peterburqa çatdıqdan sonra həbs edilib.

"Fontanka" qəzeti şübhəlinin daha öncə ailəli olduğunu və narkotik istifadəsinə görə həbs edildiyini yazıb.

Qətlə səbəb kimi qısqanclıq göstərilir.