BAKI, 18 dekabr. TELEQRAF
Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf xəbər verir ki, dekabrın 17-də, saat 23 radələrində Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Belə ki, 1994-cü il təvəllüdlü, Quba rayonu İkinci Nügədi kənd sakini Ömərov Murad Elşən oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən yolun kənarında olan 1976-cı il təvəllüdlü piyada Əliyev Saleh Hacıəli oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq bölməsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.