MİNGƏÇEVİR, 22 dekabr. TELEQRAF
Mingəçevirdə Ənvərpaşa Qasımovu bıçaqlayan şəxs saxlanılıb.
Teleqraf-ın Mərkəzi Aran bürosunun sorğusuna DİN-in Mətbuat xidmətinin Şəki regional qrupundan bildirilən məlumata əsasən, polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə 1989-cu il təvəllüdlü Ənvərpaşa Qasımova bıçaqla xəsarət yetirən və əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. O 43 yaşlı Ramin Əhmədovdur.
Faktla bağlı araşdırma aparılır.
****
01:37
Mingəçevirdə bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın Mərkəzi Aran bürosu xəbər verir ki, hadisə gecə saatlarında qeydə alınıb. 1989-cu il təvəllüdlü şəhər sakini Qasımov Ənvərpaşa Ənvər oğlu qarın boşluğu nahiyəsindən bıçaq xəsarəti alıb.
Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Əldə olunan ilkin məlumata görə, hadisə bıçaqlanan şəxsin qeyri-rəsmi sevgi münasibətində olduğu qadınla bağlı yaranan mübahisə zəminində baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, əməli törədən şəxsin kimliyi polis əməkdaşları tərəfindən müəyyən olunub və saxlanılması istiqamətində tədbirlər həyata keçirilir.