SALYAN, 18 dekabr. TELEQRAF
Salyan rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Teleqraf-ın Cənub bürosu xəbər verir ki, hadisə köhnə Ələt–Astara magistral yolunun Salyan rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Neftçala rayonunun Xıl kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimov Zəqam Kamil oğlunun idarə etdiyi “Priora” markalı minik avtomobili avtobusa çırpılıb. Qəza nəticəsində sürücü hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə cəlb olunan FHN-in xilasediciləri sürücünün avtomobildə sıxılmış meyitini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Qeyd edək ki, ölən sürücünün hərbçi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.