
Qaradağ rayon Polis İdarəsinin 11-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda təqsirli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1987-ci il təvəllüdlü Rəşid Məmmədov tutulub.
Teleqraf.com xəbər verir ki, o, ötən ilin oktyabrın 15-də saat 13:30 radələrində, Qobustan qəsəbəsi ərazisində yerləşən Nəqliyyat Departamentinə məxsus Tərəzi Nəzarət Məntəqəsindən pəncərəni sındırmaqla çoxsaylı məişət avadanlıqlarını oğurlamaqda şübhəli bilinir.
Hacı Zeynalov