Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində 7 saylı cəzaçəkmə müəssisəsinə qanunsuz əşya keçirib.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.1; 29,177.1; 29,177.2.2; 66.3 və 66.5 maddələrinə əsasən 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Famil Şamil oğlu İsmayılovun yanına qısamüddətli görüşə gəlmiş anası, Bakı şəhər sakini Rəfiqə Məhəmməd qızı Atakişiyevanın gətirdiyi sovqata və üzərinə baxış keçirilib.

Keçirilən baxış zamanı onun əl çantasından 1 ədəd “Samsung” markalı mobil telefon aparatı, 1 ədəd “Cin” danışıq kartı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Hacı Zeynalov