Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Bərdə rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, hadisə rayonun Qaradəmirçi kəndində qeydə alınıb. Kənd sakini Vüsal Rzayev münaqişə zəminində həmkəndlisi Müşfiq Paşayevə kəsici-deşici alətlə xəsarət yetirib.

Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Vüsal Rzayev tutulub.

Hacı Zeynalov