SUMQAYIT, 18 sentyabr. TELEQRAF
Sumqayıtda bıçaqlanma hadisəsi ilə bağlı bir nəfər saxlanılıb.
Teleqraf xəbər verir ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən 36 yaşlı S.Şahgəldiyev saxlanılıb.
Araşdırma aparılır.
***
20:38
Sumqayıtda bıçaqlanma hadisəsi qeydə alınıb.
Teleqraf-ın yerli bürosu xəbər verir ki, hadisə şəhərin Novxanı bağları massivində, 2 saylı xəstəxananın yaxınlığında baş verib.
1990-cı il təvəllüdlü Şahgəldiyev Səbuhi Nurəddin oğlu öz tanışı, 1977-ci il təvəllüdlü Adıgözəlov Kənan Əlibaba oğlu ilə aralarında mübahisə yaranıb.
Mübahisə zamanı S.Şahgəldiyev K.Adıgözəlova bıçaqla xəsarət yetirib. K.Adıgözəlov xəstəxanaya yerləşdirilib.
Hadisənin təfərrüatı və xəsarət alan şəxsin vəziyyəti ilə bağlı araşdırma aparılır.