BAKI, 20 sentyabr. TELEQRAF

İran ABŞ ilə danışıqların bərpası üçün şərtlərini Qətərin vasitəçiliyi ilə Vaşinqtona çatdırıb və ABŞ Prezidenti Donald Trampın cavabını gözləyir.

Teleqraf xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının katibi, general-mayor Möhsün Rzayi “Al Jazeera” telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tehranın danışıqların bərpası üçün şərtləri bütün cəbhələrdə müharibəyə son qoyulması, İranın dondurulmuş aktivlərinin azad edilməsi və dəniz blokadasının aradan qaldırılmasıdır.

Rzayi bildirib ki, bu şərtlərin qəbul edilməsi ABŞ-nin də maraqlarına cavab verir.

O əlavə edib ki, şərtlər yerinə yetirilməsə, İran müharibəyə hazırdır.

“Trampın təhdidləri heç bir nəticə verməyəcək. Biz həlledici müharibəyə tam hazırıq”, - deyə Rzayi bildirib.