AĞDAM, 20 sentyabr. TELEQRAF
Ağdam rayonunun işğaldan azad edilmiş Şelli kəndi ərazisindəki kəhriz quyusundan Bərdə rayon sakini, Müşfiq Aqil oğlu Hacıyevin meyiti tapılıb.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, M.Hacıyev bir neçə gün əvvəl itkin düşüb.
Ailə üzvləri onun evə qayıtmaması ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.
Məlumata görə, M.Hacıyev Ağdamın işğaldan azad edilmiş ərazisində fəaliyyət göstərən şirkətlərdən birində mühafizəçi işləyirmiş.
Faktla bağlı araşdırma aparılır.