BAKI, 19 sentyabr. TELEQRAF
Beyləqanda 39 yaşlı kişi kanalda boğulub.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, hadisə rayon ərazisindən keçən Xan Qızı kanalında baş verib.
Rayonun Təzəkənd kənd sakini, 1987-ci il təvəllüdlü Kərimov Orxan Sərdar oğlunun meyiti kanaldan tapılıb.
Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. O.Kərimov epilepsiya xəstəsi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.