BAKI, 20 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp ölkə liderlərinin Merilend ştatındakı Kemp-Devid iqamətgahından Vaşinqtona planlaşdırıldığından bir gün əvvəl qayıdıb.
Teleqraf xəbər verir ki, Ağ Evin mətbuat qrupu Trampın ABŞ paytaxtındakı iqamətgahına qayıtdığını açıqlayıb.
Bildirilib ki, daha əvvəl yayılan iş qrafikinə əsasən, Trampın sentyabrın 20-si axşam Vaşinqtona qayıtması nəzərdə tutulurdu. Ağ Ev qrafikin dəyişdirilməsinin səbəbləri ilə bağlı açıqlama verməyib.
ABŞ mediası prezidentin vaxtından əvvəl qayıtmasını Yaxın Şərqdəki hadisələrlə əlaqələndirir.
“The Hill” qəzeti Trampın Vaşinqtona gözlənilmədən qayıtmasını Yəməndəki husi qruplaşması “Ənsar Allah”ın Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyada endirdiyi, ölkənin hava hücumundan müdafiə qüvvələri tərəfindən dəf edilən zərbə ilə əlaqələndirib.
“Fox News” isə Trampın qayıdışının İran hakimiyyətinin Qətər vasitəçiləri vasitəsilə ABŞ-yə müharibənin dayandırılması ilə bağlı şərtləri təqdim etməsi və Amerika prezidentinin cavabını gözləməsi ilə bağlı olduğunu yazıb.