BAKI, 20 sentyabr. TELEQRAF
"Gözə görünməyən hibrid müharibə hər gün kiberhücumlar vasitəsilə daha da genişlənir. Biz bunu son günlərdə də müşahidə etdik. Kiberhücum fiziki dağıntı yaratmır və insanları öldürmür, lakin cəmiyyətdə son dərəcə dərin yaralar buraxa bilir".
Teleqraf xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Quido Krosetto bildirib.
Kiberhücumların dövlət və sosial strukturlara vura biləcəyi zərbəyə diqqət çəkən nazir əlavə edib:
"Təsəvvür edin ki, kiberhücum nəticəsində bir bankın və ya Sosial Təminat İnstitutunun arxivləri məhv edilib. Bu zaman hərbi müdaxiləyə ehtiyac qalmır. Vətəndaşların bir ay pensiya ala bilməməsi kifayətdir ki, ölkə daxilində iğtişaşlar baş qaldırsın".