Füzulidə baş verən qəza zamanı 1 nəfər ölüb, 3 nəfər ağır xəsarət alıb.

Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, qəza hadisəsi ötən gün rayonun Mirzəcamallı kəndində baş verib.

1984-cü il təvəllüdlü Babayev Səxavət Niyaz oğlu idarə etdiyi "Mercedes" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yol kənarına aşıb. Nəticədə avtomobildə olan Beyləqan rayon Baharabad kənd sakini 1991-ci il təvəllüdlü Abbasov Etibar İsmayıl oğlu hadisə yerində həyatını itirib.

Avtomobilin sürücüsü S.Babayev, 1977-ci il təvəllüdlü Hüseynova Ruhiyyə Sabir qızı, İsgəndərov Məhəmməd Məmməd oğlu ağır xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma davam etdirilir