BAKI, 12 sentyabr. TELEQRAF

Sentyabrın 11-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 7 tüfəng, 2 patron darağı və 10 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.