BAKI, 16 sentyabr. TELEQRAF
Suraxanı rayonunda ailə məişət zəminində bir nəfərin bıçaqlanması hadisəsi ilə bağlı təfərrüatlar məlum olub.
Teleqraf xəbər verir ki, hadisə Binə qəsəbəsində baş verib.
Cinsi azlıq nümayəndəsi 2001-ci il təvəllüdlü İlkin Balakişiyev birgə yaşadığı şəxs tərəfindən bıçaqlanıb.
O, Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Xəsarət almış İlkin bildirib ki, o, sevgili olduğu şəxslə mübahisə edib. Səbəb İ.Balakişiyevin onunla münasibətlərə son qoymaq istəməsi olub.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
***
02:58
Bakının Suraxanı rayonunda bıçaqlanma hadisəsi baş verib.
Teleqraf-ın məlumatına görə, hadisə Binə qəsəbəsində qeydə alınıb.
İlkin məlumata görə, 2001-ci il təvəllüdlü İlkin Balakişiyev yaşadığı evdə birgə yaşadığı şəxs tərəfindən bıçaqlanıb.
Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib.
Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin 30-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.