BAKI, 20 sentyabr. TELEQRAF
Xerson vilayətinin qubernatoru Vladimir Saldo Ukrayna Prezidenti Volodimir Zelenskinin ətrafında baş verən korrupsiya qalmaqallarının Kiyevdə narahatlığı artırdığını və hakimiyyətin idarəetmə sistemini zəiflətdiyini bildirib.
Teleqraf xəbər verir ki, bu barədə Vladimir Saldo "TASS"a müsahibəsində danışıb.
Onun sözlərinə görə, Zelenskinin ətrafındakı korrupsiya qalmaqalları, “Kvartal 95” şirkətinin ortağı, iş adamı Timur Mindicin ətrafında yaranmış vəziyyət, yüksəkvəzifəli məmurlar barəsində aparılan araşdırmalar və baş prokurorun istefası Kiyev hakimiyyəti daxilində narahatlığı daha da artırıb.
“İdarəetmə sistemi zəiflədikcə daha çox insan Zelenskidən sonra nə olacağını düşünməyə başlayır”, - deyə Saldo bildirib.