BAKI, 19 sentyabr. TELEQRAF
Tovuz sakini bədbəxt hadisə nəticəsində vəfat edib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, hadisə rayonun Abulbəyli kəndində baş verib. Belə ki, 1960-cı il təvəllüdlü Mehdi İsmayılov yaşadığı evdə təmir işləri aparan zaman yıxılaraq ağır bədən xəsarətləri alıb.
Adıçəkilən şəxs Tovuz rayon Mərkəzi Xəstəxanasına aparılıb. Lakin M.İsmayılov xəstəxanada vəfat edib.
Hadisə yerinə polis və prokurorluq orqanı əməkdaşları cəlb olunub.
Faktla bağlı Tovuz rayon Prokurorluğunda araşdırma başlanılıb.