BAKI, 14 sentyabr. TELEQRAF

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf xəbər verir ki, hadisə sentyabrın 13-də “Sabunçu bazarı” istiqamətində qeydə alınıb.

Bəhramzadə Elmur Bəhram oğlu idarə etdiyi “Mercedes E-Class” markalı avtomobillə 40-50 km/saat sürətlə hərəkətdə olarkən yolu keçən 1966-cı il təvəllüdlü Hüseynova Leyla Salam qızını vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən Sabunçu Tibb Mərkəzi PHŞ-də ölüb.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.