İstanbulda prokurorluq tərəfindən başladılan istintaq çərçivəsində aparılan "narkotik" və "fahişəliyə kömək" əməliyyatları çərçivəsində 21 məşhur şəxs Məhkəmə Tibbi Ekspertizası İnstitutuna göndərilib.

Teleqraf "TRThaber"ə istinadən xəbər verir ki, onların arasında aktyorlar, müğənnilər, iş adamları, sahibkarlar və sosial media ulduzları var.

Baş Prokurorluğun açıqlamasına görə, sağlamlıq və təhlükəsizliyə təhdid yaradan narkotiklərlə mübarizə çərçivəsində aparılan istintaqda aktyorlar, müğənnilər, iş adamları, sahibkarlar və sosial media nümayəndələri istintaqa cəlb edilib.

İstintaq zamanı şübhəlilərə qarşı narkotik tərkibli maddələrdən istifadə etdiklərinə, narkotik istifadəsinə şərait yaratdıqlarına və ya narkotik istifadəsi üçün yer təmin etdiklərinə dair ağlabatan dəlillər tapılıb.

Narkotik əməliyyatında Aras Bulut İynemli, Seyfullah Sağır (Sefo), Melis Sezen, Nilpəri Şahinkaya, Hande Dəmir, Hasan Şaş, Melis İşiten, Yeşim Yeşilçimen, Anıl Durmuş, Sayat Zurnacı, Yağız Sabuncuoğlu, Aytaç Kart, Muhammet Kahyaoğlu və Aydan Osman adlı məşhurlar saxlanılıb.

"Narkotik istifadəsi və satışı", "şəxsi həyatın toxunulmazlığının pozulması", "şantaj" və "fahişəliyə kömək" cinayətlərini hədəf alan əməliyyatda Vulkan Akçıray, Zeynep Akçıray, Eda Güzelcik, Sezer Çakır, Hazal Filiz Küçükköse və Yeliz Tuba Yaşanın həbs edildiyi qeyd olunur.