Ötən il adam öldürməkdə təqsirli bilinən şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Yasamal rayon Polis İdarəsinin 27-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan İbrahim Pənahlı tutulub.

O, Şəmkir rayonunda 2014-cü ilin avqust ayında anası Laləzar Alıyevaya 8 bıçaq zərbəsi vuraraq qətlə yetirib.

Hacı Zeynalov