BAKI, 22 dekabr. TELEQRAF
Bakıda yanğın hadisəsi ölümlə nəticələnib.
Teleqraf xəbər verir ki, dekabrın 21-də Bakı şəhəri, Səbail rayonu, Cənub Dərə küçəsində yerləşən evdə qısaqapanma nəticəsində yanğın baş verib.
Belə ki, hadisə zamanı həmin ünvanda yaşayan Starçevoy Andrey Vladimiroviç yanğın nəticəsində həyatını itirib.
Faktla bağlı Səbail rayon prokurorluğunda araşdırma aparılır.