Bakının Nəsimi rayonunda axtarışda olan şəxs həbs edilib.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.


Məlumata görə, Nəsimi rayon Polis İdarəsinin 20-ci polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyasının vətəndaşı İftixar Əzizovdan 1,260 qram heroin götürülüb.

Araşdırmalar zamanı onun Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci (qəsdən adam öldürmə) və 162-ci (quldurluq) maddələri ilə axtarışda olması da müəyyən edilib.

Hacı Zeynalov