
Türkiyədə azərbaycanlı turist narkotik vasitəyə görə saxlanılıb.
Məlumata görə, hadisə Türkiyənin Alanya şəhərində baş verib. Polislərin şübhələndiyi şəxsin üzərində axtarış ediliblər.
Nəticədə Xaqani adlı azərbaycanlı turistin üzərindən 16 qram heroin aşkarlanıb.
Polisin bildirdiyinə görə, saxlanılan azərbaycanlının 42 yaşı var.
Azərbaycanlı turist polis bölməsinə aparılaraq sorğuya cəlb edilib.
Daha sonra məhkəməyə çıxarılan Xaqani ölkədən deportasiya edilib.