Azərbaycanda bir gündə iki nəfər dənizdə boğulub.

Bu barədə Teleqraf.com-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Bakı şəhər sakinləri İlqar Mustafayev Kürdəxanı çimərliyində, Təbriz Qəmbərzadə Xaçmaz rayonu Nabran qəsəbəsinin ərazisində dənizdə çimərkən boğulublar. Onların meytləri sudan çıxarılıb.

Hacı Zeynalov