
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin alqı-satqısı ilə məşğul olan mütəşəkkil dəstənin məhkəməsi başa çatıb.
Teleqraf.com-un xəbərinə görə, hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Aydın Hüseynov 5 il, Elxan Nəsirov 8 il, Rövşən Əhmədov 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə ittiham olunublar.
Hacı Zeynalov