BAKI, 8 aprel. TELEQRAF
Aprelin 8-də Azərbaycan Prezidenti İlham Əliyev iranlı həmkarı Məsud Pezeşkiana zəng edib.
Teleqraf xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Dövlət başçısı İran və ABŞ arasında elan edilmiş atəşkəslə bağlı təbriklərini çatdırıb.
Məsud Pezeşkian bu təbriklərə və ölkəmizin İrana göstərdiyi humanitar yardıma görə dövlətimizin başçısına minnətdarlığını bildirib.
Telefon söhbəti zamanı ikitərəfli əməkdaşlığa dair məsələlər barədə fikir mübadiləsi aparılıb.