BAKI, 1 mart. TELEQRAF

Azərbaycan ərazisi İrana qarşı istifadə edilməyəcək.

Teleqraf xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Seyid Abbas Əraqçi ilə telefon danışığı zamanı bildirib.

Telefon danışığı zamanı hərbi əməliyyatların tezliklə dayandırılacağına, yaranmış gərginliyin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.

Eyni zamanda, hər hansı bir ölkə tərəfindən Azərbaycan ərazisinin qonşu və dost İrana qarşı istifadə edilməsinin mümkün olmadığı xüsusi qeyd edilib.