BAKI, 26 yanvar. TELEQRAF
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova Bakıda göstərilən səmimi qonaqpərvərliyə görə təşəkkür edirəm.
Teleqraf xəbər verir ki, bu barədə İsrailin xarici işlər naziri Gideon Saar “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, Azərbaycan və İsrail öz regionlarında sabitliyin əsas sütunlarıdır və hər iki ölkə inkişaf etmiş iqtisadiyyata malikdir:
“Səfər çərçivəsində məni müşayiət edən yüksək səviyyəli biznes və iqtisadi nümayəndə heyəti iki ölkə arasında strateji və iqtisadi əlaqələrin daha da gücləndirilməsinə olan istəyi ifadə edir”.
İsrail XİN rəhbəri həmçinin azərbaycanlı həmkarını Qüdsdə qəbul etməyi səbirsizliklə gözlədiyini vurğulayıb.